Bu ilki turizm mövsümündə Antalyaya səfər edən turistlərin sayı 14,5 milyonu keçib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Aralıq dənizi Turistik Otelçilər və Operatorlar Assosiasiyasının (AKTOB) sədri Kaan Kavaloğlu verib. Kavaloğlu bu ilin ianvar-avqust alarında Türkiyəyə gələn turistlərin sayının 33 milyon 426 min nəfərə çatdığını deyib.
Kavaloğlu keçən ilki turizm mövsümündə Antalyaya 11 milyon turistin gəldiyini deyib. AKTOB sədri Antalyaya ən çox turist gələn ölkələr sırasında Rusiyanın birinci, Almaniyanın ikinci, İngiltərənin isə üçüncü olduğunu bildirib.
Natiq Orucov