Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın İstintaq Komitəsi Vitali Balasanyan barədə cinayət işi açıb

Ermənistanın İstintaq Komitəsi Vitali Balasanyan barədə cinayət işi açıb


Ermənistanın İstintaq Komitəsi Qarabağdakı keçmiş qondarma qurumun “sabiq təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan barədə qanunsuz silah saxlamaq faktı üzrə cinayət işi başladıb.

Newscenter-az “Armenia Today”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, V.Balasanyan “Makarov” tipli tapançanı təhvil verib.

Qor Abramyan deyib ki, bu fakt üzrə ona qarşı qanunsuz silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə maddəsi üzrə cinayət işi başlanıb. Bu iş üzrə maksimum 3 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.(report)
Xəbəri paylaş