Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransanın regionda yeri yoxdur

Fransanın regionda yeri yoxdur


"Fransanın Ermənistanı silahlandırması qəbuledilməzdir və bu Cənubi Qafqazda gərginliyin, qarşıdurmanın və yeni müharibə riskinin artmasına xidmət edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, paryiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. Onun sözlərinə görə, beynəlxalq sülsevər ictimaiyyət planetimizdə qaynar ocaqların və münaqişəli bölgələrin söndürülməsinə çalışarkən rəsmi Parisin təcavüzkar siyasət yürüdən, terroru, separatizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistana hərbi-siyasi dəstəyinə biganə qalmamalıdır:

"Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq tribunalarda sülhdən, təhlükəsizlikdən, demokratiyadan və ali dəyərlərdən dəm vurur, lakin əməldə ölkəsini Fransanın köməyi ilə silahlandırır. Fransa regiona silahla, hansısa qəbuledilməz təzyiq vasitələri ilə deyil, təhlükəsizliyə və davamlı stabilliyə tövhə verən vasitələrlə gələ bilər. Təəssüflərlər olsun k, indiyədək Makron höküməti mövcud reallığı və regiondakı kövrək vəziyyəti hələ də dərk edə bilmir. Təhdid və təxribatlarını davam etdirir".

AMİP funksioneri hesab edir ki, Ermənistanın Fransa tərəfindən silahlandıtılması region dövlətləri olan İran, Türkiyə və xüsusən də Rusiyanın maraqlarına təhdid yaradır:

"Odur ki Azərbaycan həmin ölkələrlə əlaqəli şəkildə fəal iş apararaq Parisin bu addımının doğuracağı fəsadların qarşısını indidən almağa çalışmalıdır. Fransanın bu regionda yeri və rolu yoxdur. Regionla region ölkələri məşğul olmalıdır və problemlər də danışıq yolu ilə nizmlanmalıdır".

Anar Əliyev
Xəbəri paylaş