Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay 9832 elektriklə işləyən avtomobil qeyə alınıb

Keçən ay 9832 elektriklə işləyən avtomobil qeyə alınıb


Cari ilin sentyabr ayında Türkiyənin magistral və şəhərdaxili yollarında hərəkətdə olan avtomobillərin 13,3 faizini elektriklə işləyən avtomobillər təşkil edib.

Newscenter.az Türkiyənin Statistika Təşkilatına istinadən bildirir ki, ölkədə qeydə alınan elektrikli avtomobillərin sayı da kəskin dərəcədə artıb. Məlumata görə, ötən ilin sentyabr ayında 920 elektrikli nəqliyyat vasitəsi qeydiyyata alındığı halda, bu ilin eyni ayında bu rəqəm 10 dəfə artaraq 9 min 832-yə çatıb.

2022-ci ilin 9 aylıq dövründə 4 min 559 elektrik avtomobili qeydə alınıb. Bu ilin eyni dövründə isə bu rəqəm kəskin dərəcədə artaraq 36 min 710-a çatıb. Hesabat dövründə Hibrid avtomobillərin sayı da 46,6 faiz artıb. Sözügedən avtomobillərin sayı keçən ilin sonunda 134 min 662 olduğu halda, bu ilin sentyabr ayının sonuna 46,6 faiz artaraq 197 min 379-a çatıb.

Natiq Orucov
Xəbəri paylaş