Rusiyada quru, hava və dənizdən mümkün nüvə hücumuna qarşı mübarizə məqsədilə təlimlər keçirilir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Kreml məlumat yayıb. Rusya prezidenti Vladimir Putin təlimləri videokonfrans vasitəsilə izləyib. Təlim zamanı ballistik və qanadlı raketlər atılıb, qitələrarası Yars və Sineva ballistik raketlərindən istifadə olunub.
Rusiya müdafiə naziri Sergey Şoyqu təlim barədə məlumat verərək deyib ki, təlim şərti düşmənin nüvə hücumuna cavab olaraq keçirilib.
Mehman Mehdiyev