Azərbaycan qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyanı digər separatçılar kimi həbs etməyə çalışdığı bir vaxtda, onun İrəvanda cinayət məsuliyyətinə cəlb edilməsi ortaya maraqlı suallar çıxarıb. Əsas suallardan biri ondan ibarətdir ki, Paşinyan Balasanyanın cinayət məsuliyyətinə cəlb olunmasında nə üçün maeaqlıdır?
Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, İrəvanda erməni separatçılarının “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyana qarşı cinayət işinin açılması qanunsuz silah saxlama maddəsi ilə əlaqələndirilsə də həbs səbəbi siyasi amillə əlaqəli ola bilər. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan Ermənistana köçən bir qrup separatçıya göz dağı vermək istəyir:
"Bəlli olub ki, Qarabağdan Ermənistana köçən ermənilərin bir qismində silah aşkarlanıb. Bu silahların gələcəkdə hakimiyyətə qarşı yönəlməməsi üçün Paşinyan böyük ehtimalla separatçıların liderlərini nəzarətə götürmək əmrini verib. Açılan cinayət işləri separatçıları Paşinyana qarşı gələcək addımlardan çəkindirməlidir. Nikol Paşinyan Qarabağ ermənilərinin mütləq əksəriyyətini İrəvana buraxmamaqla, ucqar şəhər, qəsəbə və kəndlərdə yerləşdirməklə doğru gediş edib. Qarabağ erməniləri bu vəziyyətdə Ermənistanın radikal müxalifətinə güc qata bilməyəcəklər".
Mehman Mehdiyev