Avropa İttifaqı ölkələrində elektrik və qaz qiymətləri pik həddə çatıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Avropa Statistika İdarəsi bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, bu ilin birinci yarısında yaşayış evlərində 100 kilovatsaat elektrik enerjisinə görə ödənilən orta məbləğ 28,9 avroya çatıb və rekord qırıb. Ümumilikdə bu ilin birinci yarısında Aİ-nin 22 ölkəsində elektrik enerjisinin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Elektrik enerjisinin qiymətinin artımına görə Hollandiyanı 88 faizlə Litva, 77 faizlə Rumıniya və 74 faizlə Latviya izləyib. Artım Sloveniyada 38, İsveç və Belçikada yüzdə 27 faiz olub. Sonrakı yerləri Almaniya və , İtaliya bölüşdürüb.
Natiq Orucov