Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dənizçilik sektorunda daşınan yüklərin həcmi 542 milyon tonu ötüb

Dənizçilik sektorunda daşınan yüklərin həcmi 542 milyon tonu ötüb


2022-ci ildə Türkiyədə dənizçilik sektoru üzrə daşınan yüklərin həcmi 542 milyon tonu ötüb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, Türkiyə Cümhuriyyətinin dənizçilik sektoru son 20 ildə böyük irəliləyişlər əldə edib. Təkcə 2022-ci ildə sektorda dövriyyə 531 milyard lirəni keçib.

Bu dövrdə liman obyektlərinin sayı 149-dan 217-yə yüksəlib. 2002-ci ildə 37 olan gəmiqayırma zavodlarının sayı 84-ə çatıb. Həmçinin 156 qayıq istehsalı sahəsi və 23 gəmi emalı obyekti var. Türkiyəyə məxsus ticarət dəniz donanması 2002-ci ildən bəri 4,4 dəfə artıb. 2004-cü ildə xidmətə başlayan Türk Boğazları Gəmi Trafik Xidmətləri Sistemi texnologiya və ehtiyaclara uyğun olaraq hazırlanıb.

Natiq Orucov
Xəbəri paylaş