"Afrikada torpaqları olmasa da illərdir sümürdüyü, istismar etdiyi Mali, Niger, Somali və s. kimi ölkələrdən qovulan, illik Afrikadan 500 milyard gəlir əldə edən Fransanın yeni oyunlar oynamaq üçün meydança axtardığı görünür".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləmdirib. Onun sözlərinə görə, məsələ ondadır ki, kiminin pulu ilə, kiminin siyasəti ilə dolanan Fransa erməni lobbisinin dəstəyini həyatı hesab edir. Erməni lobbisi Fransa siyasi, hətta iqtisadi həyatının tərkib hissəsidir:
"Bu dəstəkdən məhrum olmaq hər bir fransız siyasi lider üçün məhvə bərabərdir. Məcburi şəkildə erməni lobbisinin, dolayısı ilə Ermənistanın yanında olmaq isə məcburi şərtlərdən biridir. Bu səbəbdəndir ki, Fransa son bir neçə ayda xüsusi ilə aktivləşib. Azərbaycan-Ermənistan məsələsi sona çatmağa meyilli görünsə də, Fransanın oyunları yeni başlayır. Ermənistan bir ölkənin For-postu olmaqdan yaxasını qurtarıb, yenidən digərinə For-post olmağa hazırlaşır".
Anar Əliyev