Türkiyədə inflyasiya ilə mübarizə çərçivəsində otellərdə endirimlər etmək qərarına gəlinib.
Newscenter.az Türkiyə Otelçilər Dərnəyinin (TÜROB) prezidenti Müberra Eresə istinadən bildirir ki, inflyasiya ilə mübarizəyə dəstək məqsədilə dərnəyə üzv olan bütün otellərdə könüllü olaraq endirimlər tətbiq olunacaq.
Məlumata görə, Türkiyə daxilində keçən ilin sentyabr ayında 78 faiz olan orta doluluq nisbəti bu ilin sentyabrında 68,8 faizə düşüb. Eyni dövrdə otaqların orta günlük satış qiyməti 141,56 avrodan 139,94 avroya düşüb.
Yanvar-sentyabr dövründə doluluq ötən ilin eyni dövrü ilə müqayisədə 66,8 faizdən 59 faizə enərkən, otaqların orta günlük satış qiyməti isə 116,92 avrodan 135,72 avroya yüksəlib.
Natiq Orucov