İsrailin Qəzzaya hücumları davam etdiyi bir vaxtda ev-eşiklərindən didərgin düşən fələstinlilərin Türkiyəyə yerləşdiriləcəyi barədə xəbərlər yayılıb. İddia edilirdi ki, artıq Türkiyənin müvafiq qurumları bununla bağlı müəyyən təlimat alaraq lazımı addımların atılmasına başlayıblar.
Newscenter.az xəbər verir ki, Türkiyənin Dezinformasiya ilə Mübarizə üzrə Rabitə Mərkəzi yayılan xəbərləri təkzib edib. Mərkəzin yaydığı açıqlamada qeyd edilir ki, sosial mediada “500 min fələstinli Türkiyəyə aparılmaq üzrədir, hazırlıq görülür” xəbəri həqiqəti əks etdirmir.
Mərkəz heç bir dövlət qurumunda belə bir hazırlıq həyata keçirilmədiyini də diqqətə çatdırıb.
Anar TAGİYEV