Birləşmiş Ştatların Bağdaddakı səfirliyinin bağlanmasını tələb edilir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, belə bir tələblə İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr çıxış edib. Müqtəda əs-Sədr bunu Birləşmiş Ştatların blokada altında olan Qəzza zolağına hücum edən İsrailə Amerikanın dəstək verməsi ilə əlaqələndirib.
Şiə lideri Sədr İslamın tələbi olaraq bu gün Fələstinin və Qəzza xalqının yanında olmağın zəruri olduğunu vurğulayıb. Sədr İraq hökuməti və İraq parlamentindən Amerika səfirliyinin bağlanması ilə bağlı bir an əvvəl qərar vermələrini istəyib. O, əks halda fərqli mövqe nümayiş etdirəcəklərini də deyib.
Mehman Mehdiyev