Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqından Rusiyaya yeni sanksiyalar

Avropa İttifaqından Rusiyaya yeni sanksiyalar


Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen verib.

Komissiya sədri deyib ki, Rusiyadan almaz idxalına qadağa da daxil olan 12-ci sanksiya paketi üçün hazırlıqlar aparılır:

“Biz hazırda 12-ci sanksiya paketinin hazırlanması prosesindəyik və bu məsələ ilə bağlı üzv dövlətlərlə məsləhətləşmələr aparırıq”, deyən, von der Leyen, onu da qeyd edib ki, xüsusilə Rusiyanın Avropaya və tərəfdaş ölkələrə almaz ixracından əldə etdiyi gəlirin necə kəsilə biləcəyi araşdırılır.

Von der Leyen ixracı qadağasının G7 tərəfdaşları ilə də müzakirə olunacağını deyib:

"Sanksiyaların düzgün və effektiv şəkildə həyata keçirildiyinə əmin olmaq istəyirik".

Anar TAGİYEV
Xəbəri paylaş