Türkiyənin Bursa vilayətində oktyabrın 29-da ictimai nəqliyyat pulsuz fəaliyyət göstərəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə qərarı Bursa Böyükşəhər Bələdiyyəsi verib. Qərara əsasən, 29 oktyabr Respublika Günündə Bursada şəhər içi ictimai nəqliyyatın pulsuz olacaq.
Pulsuz tətbiqdən yararlanmaq üçün vətəndaşların Bursakartlarından istifadə etmələrinin vacibliyi və tətbiqin Bursakartdan istifadə edən əyalət ictimai avtobuslarında da etibarlı olacağı bildirilib.
Anar TAGİYEV