“Beynəlxalq qurumlar, bu sahə ilə məşğul olan müvafiq donor təşkilatlar işğaldan azad edilmiş ərazilərdəki mina probleminə biganə yanaşmamalıdırlar. Bu biganəlik və ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesində Azərbaycana dəstəin verilməməsi demək olar ki, hər gün azad olunmuş ərazilərdə can alır, yaxud insan həyatında dərin və sağalmaz izlər buraxır”.
Newscenter.az xəbər verir ki. bu fikirləri “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, bu gün insan hüquq və azadlıqlarında danışan bəzi beynəlxalq qurumların fikirləri ilə əməlləri heç də üst-üstə düşmür:
“Əgər onları doğurdan da insan hüquq və azadlıqları düşündürsəydi, o zaman azərbaycanlı məcburi köçkünlərin də hüquqlarına diqqət ayırar, onların öz doğma yurdlarına qayıdıb orada yaşamalarına dəstək olardılar. Bu dəstək isə heç şübhəsiz ki, minalanmış ərazilərin təmizlənməsi, bu prosesdə Azərbaycana kömək göstərməkdən ibarətdir”.
Arzuman Muradlı deyir ki, ərazilərin minalardan tam təmizlənməməsi azad olunmuş şəhər və rayonlarımızda quruculuq-abadlıq işlərinin ləng getməsi, məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtmasına əngəl olur.
Anar Əliyev