İndiyədək 8 mindən çox "Togg" avtomobili istehsal olunaraq müştərilərinə təhvil verilib. Newscenter.az-ın xəbərinə görə, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır deyib.
Nazir bildirib ki, müəssisədə yığılmış avtomobillər açıq sınaq yoluna çıxarılır və sonra sahiblərinə təhvil verilir:
"Obyekt tam gücüylə işlədikdə 145 min avtomobil istehsal gücünə sahib olacaq. Hazırda gündə 180-200 avtomobil istehsal olunur. Gündəlik istehsal bir neçə həftə ərzində 280-ə qədər artacaq".
Mehmet Fatih Kaçır onu da deyib ki, elektrikli nəqliyyat vasitələrinin istifadəsi getdikcə adi hala çevrilir:
"Bu il elektriklə işləyən avtomobillərin sayı ötən illə müqayisədə 9 dəfə artıb. Togg ilin sonuna qədər öhdəliklərini yerinə yetirdikdə, Türkiyədəki ümumi elektrikli avtomobil satışlarında 30 faiz paya sahib olacaq".
Natiq Orucov