Hindistan-Pakistan sərhədində vəziyyət yenidən gərginləşib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Pakistan və Hindistan əsgərləri Cammu və Kəşmir sərhədində bir-birinə atəş açıb. Hadisəyə səbəb Hindistana məxsus pilotsuz təyyarənin Pakistanın hava sərhədinə yaxınlaşması olub.
Məlumata görə, Hindistanın Cammu və Kəşmir bölgəsinin sərhəd nöqtəsindən gələn pilotsuz təyyarə Pakistanın Sialkot şəhəri sərhədinə girməyə cəhd edərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən vurulub. Bu zaman tərəflər arasında atışma baş verib. Lakin hadisə zamanı heç bir itki qeydə alınmayıb.
Anar TAGİYEV