Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Türkiyə çox vacib tərəfdaşdır”-Rasmussen

“Türkiyə çox vacib tərəfdaşdır”-Rasmussen


"Avropa liderlərinin yaxın gələcəkdə sülh sammiti keçirmək çağırışlarından məmnunam. Türkiyə bu mənada son dərəcə əhəmiyyətli tərəfdaşdır. Türkiyə bu proseslərdə son dərəcə mühüm rol oynaya bilər".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Avropa liderlərinin İsrail-HƏMAS qarşıdurması ilə bağlı sammit keçirəcəkləri xəbərinə münasibət bildirərkən səsləndirib. Türkiyə xarici işlər naziri Hakan Fidanla Ankarada keçirdiyi görüşün nəticəsi olaraq mətbuata verdiyi açıqlamada danimarkalı nazir, "Türkiyə regional siyasətdə və dünya siyasətində, eləcə də Yaxın Şərqdə son dərəcə mühüm rol oynayan bir aktordur. Təbii ki, bu rolun da müəyyən məsuliyyətləri var", deyə-Rasmussen vurğulayıb.

Anar TAGİYEV
Xəbəri paylaş