Ümumdünya Birləşmiş Şəhərlər və Yerli Rəhbərliklər Təşkilatının (UCLG) Şurasında İsrailə diqqətçəkici etiraz edilib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Şura iclasına onlayn şəkildə qatılan İsrailin Yerli Rəhbərliklər Birliyinin Xarici Əlaqələr Departamentinin rəhbəri Shiri Steinhardt Sela çıxışı başlarkən toplantı iştirakçılarının müəyyən bir qismi zalı tərk edib.
UCLG prezidenti və Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay da israilli rəsminin çıxışını dinləmədən zaldan çıxıblar.
Qeyd edək ki, sözügedən toplatı Konya Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə Konyadakı Səlcuqlu Konqres Mərkəzində baş tutub.
Mehman Mehdiyev