Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

XİN-də Azərbaycan-İraq əməkdaşlığı müzakirə olunub

XİN-də Azərbaycan-İraq əməkdaşlığı müzakirə olunub


Oktyabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikası Nümayəndələr Şurasının (Parlament) üzvü Elşad Salihinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Newscenter.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-İraq münasibətlərində son zamanlar artan dinamizm, bu xüsusda, cari ilin mart və iyul aylarında müvafiq olaraq, İraq Prezidenti və xarici işlər nazirinin Azərbaycana səfərləri və bu səfərlər çərçivəsində baş tutan ali və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb.

Azərbaycan ilə İraq arasında mövcud siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, parlamentlərarası və regionlararası əməkdaşlığın və mədəni mübadilələrin davamlı şəkildə sürdürülməsinin önəmindən bəhs olunub.

Hər iki ölkədəki mövcud diplomatik təmsilçiliklərdən əlavə, mədəniyyət mərkəzləri vasitəsilə humanitar mübadilələrin təşviqinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verə biləcəyi qeyd olunub.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş