Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail Türkiyədəki diplomatlarını geri çağırır

İsrail Türkiyədəki diplomatlarını geri çağırır


İsrail Türkiyə siyasi rəhbərliyinin, xüsusən də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatları fonunda ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün Türkiyədən diplomatlarını geri çağırır.

Newscenter.az xəbər verir ki, “Report”un məlumatına görə, bunu İsrailin xarici işlər naziri Eli Koen deyib.

“Türkiyənin bəyanatlarının kəskinləşməsi fonunda mən İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün diplomatik nümayəndələrimizi Türkiyədən geri çağırmağı əmr etdim”, - deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə çıxışı zamanı İsrailin Qəzza ilə bağlı addımlarını kəskin tənqid edib.
Xəbəri paylaş