Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti köç karvanı Ağalı kəndinə çatıb

Növbəti köç karvanı Ağalı kəndinə çatıb


Bu gün Zəngilan rayonunun Ağalı kəndinə növbəti ailələrin köçü baş tutub. Bu dəfə 127 nəfərdən ibarət 25 ailə öz doğma yurdlarına geri qayıdıb.

Newscenter.az xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları “Ağıllı kənd”də Ağalı sakinlərini qarşılayıb.

Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə qayıdan sakinlərin ailə başçılarına yeni evlərinin açarları təqdim edilib.

Bugünədək "Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 175 ailədən ibarət 871 nəfər Zəngilan rayonunun Ağalı kəndində məskunlaşıb.

Köçürülən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək, müxtəlif dövlət qurumlarında, ictimai-iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.

Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş