Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 16 nəfər həlak olub.
Newscenter.az-ın məlumatına görə, bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, daha 31 şaxtaçının axtarışları davam edir.
Hadisənin baş verməsinə səbəb kimi lavada metan qazının partlaması ehtimal olunur.
Anar TAGİYEV