Cari ilin ilk 10 ayında Türkiyədə 2 min 430 meşə yanğını baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı verib.
Nazir bildirib ki, nəticədə 14 min 250 hektar meşə sahəsi yanğınlardan zərər çəkib. İbrahim Yumaklı deyib ki, istifadələrindı olan İHA-lar yanğınların 546-nı, yəni hər 4 yanğından 1-ini aşkar edib:
"Yanğınlardan 17-si daha böyük ərazini əhatə edib. Təxminən 100 hektardan 500 hektara qədər bir məsafə bura aiddir".
Anar TAGİYEV