"Bizim heç bir ölkənin suverenliyində və ərazisində işimiz yoxdur. Biz sadəcə olaraq əjdadlarımızınbizə miras qoyduğu vətənimizi qorumağa çalışırıq".
Newscenter.az haber7-ə istinadən bildirir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hökumət Kabinetinin 2,3 saatlıq toplantısından sonra etdiyi çıxışında səsləndirib. Türkiyə lideri deyib ki, bu, bizim üçün seçim deyil, öhdəlikdir:
"Türkiyə başda Müdafiə Sənayesi olmaqla hər sahədə özünü təkmilləşdirməlidir".
Rəcəb Tayyib Ərdoğan deyib ki, biz heç kimə düşmənçilik etmədən ordumuzu gücləndirməyə davam edəcəyik.
Anar TAGİYEV