Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrailin hücumları nətcəsində həlak olan fələstinlilərin sayı 9 minə çatır

İsrailin hücumları nətcəsində həlak olan fələstinlilərin sayı 9 minə çatır


İsrailin hücumları nəticəsində 3542-si uşaq və 2187-si qadın olmaqla 8525 fələstinlinin həlak olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, oktyabrın 7-dən Qəzzaya endirilən hava zərbələrindən 21643 nəfər yaralanıb.

İordan çayının qərb sahilinə İsrail qüvvələrinin hücumları nəticəsində isə 124 fələstinli ölüb, 2 minə yaxın fələstinli yaralanıb.

Məlumat üçün qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarınən İsrailə raket zərbəsi endirməsinı cavab olaraq Təl-Əviv Qəzzaya davamlı olaraq hava zərbələri endirir.

Mehman Mehdiyev
Xəbəri paylaş