Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son 21 ildə meşə təsərrüfatına 90 milyard 500 milyon lirə investisiya qoyulub

Son 21 ildə meşə təsərrüfatına 90 milyard 500 milyon lirə investisiya qoyulub


Son 21 ildə meşə təsərrüfatına 90 milyard 500 milyon lirə investisiya yatırılıb. Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı verib.

Nazir bildiirb ki, ilin sonuna qədər meşələrdə əkiləcək tinglərin sayı təxminən 7 milyarda çatacaq. İbrahim Yumaklı
24 təyyarə, 100 helikopter, 10 İHA, 4 min 400 quru vasitəsi, 776 müşahidə qülləsi, 25 min meşə işçisi və 118 mindən çox könüllü ilə ölkənin meşə təsərrüfatının qorunduğunu deyib.

Türkiyənin Avropada ilk, dünyada isə meşə yanğınlarında İHA istifadə edən ikinci ölkə olduğunu vurğulayan Yumaklı, ölkəsinin Aralıq dənizi ölkələri ilə müqayisədə yanğınla mübarizədə ən müvəffəqiyyətli olduğunu söyləyib.

Anar Əliyev
Xəbəri paylaş