Türkiyənin müdafiə sənayesinin məhsulu olan Ejder Yalçın 4X4 taktiki təkərli avtomobil Macarıstanda istehsal olunacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, “Gidran” adı ilə istehsal olunacaq zirehli hərbi avtomobil hər iki ölkənin birgə müəssisə olan "Gidran"da hazırlanacaq.
Məlumat üçün qeyd edək ki, bu yaxınlarda Estoniya ilə anoloji müqavilə imzalanıb.
Əməkdaşlıq çərçivəsində 200-dən çox insan üçün birbaşa iş imkanlarının yaradılması gözlənilir.
Natiq Orucov