İsraili dəstəkləyən Çexiyanın Baş nazirinə Nigeriyaya səfər etmək qadağası qoyulub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, baş nazir Petr Fialanın Nigeriya səfəri ev sahibi ölkə tərəfindən ləğv edilib.
Çexiya hökumətinin sözçüsü Vatslav Smolka səfərin ləğvi ilə bağlı verdiyi açıqlamada Nigeriyanın sözügedən səfəri və orada keçirilməsi planlaşdırılan iqtisadi forumu təşkil etmək üçün uyğun vəziyyətdə olmadığını və bu səbəbdən səfərin başqa bir vaxtda həyata keçiriləcəyini bildirib.
Diplomatik mənbələrə əsasən bildirilir ki, səfərin ləğv edilməsinə əsas səbəb isə Çexiyanın hökumt başçısının İsrailə dəstək verməsidir.
Anar TAGİYEV