Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanı məcburi sülhə və ya atəşkəsə səsləyirlər

Ukraynanı məcburi sülhə və ya atəşkəsə səsləyirlər


"İsrail-HƏMAS müharibəsi fonunda Ukrayna müharibəsinin arxa planda qalacağı məlum idi. Hələ 1967-ci il İsrail-ərəb ölkələri müharibəsi başlayanda həmin dövrlər davam edən Vyetnam müharibəsinin Amerika üçün arxa plana keçməsi üçün Amerikadakı Yəhudi lobbisinin əlində olan təbliğat maşını işə düşmüş və Vyetnamda işlərin düz getmədiyi, ora yardımın kəsilməsinin lazım olması barədə təbliğat başlamışdı. ABŞ bu iki müharibə arasında seçim etmək məcburiyyətində qalmışdı. İndi də eyni ssenari işə düşüb. Ukraynanın artıq Rusiya ilə müharibədə heç nə edə bilmədiyi xəbərləri müxtəlif media orqanlarında, hətta Ukraynanın Müdafiə naziri Zalujnunun dilindən belə səsləndirilir. Ukraynanı məcburi sülhə və ya atəşkəsə səsləyirlər".

Newscenter.az [/b]xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Zalujnu o adamdır ki, Ukrayna qoşunlarının yerinin dislokasiyasını belə müharibə qabağı Zelenskidən gizlətmişdi və rus qoşunları buna görə çox itki vermişdi:

"ABŞ və Qərb koalisiyası açıq şəkildə bunları etiraf etmirlər. Onlar dəstəklərinin davam edəcəyini hər zaman bildirirlər. Amma müharibə həqiqətən də kilitlənib. Qərb lazım olan silahları Ukraynaya göstərməlik verir. Onu da uzun aralarla. Ukrayna ordusu bu günə kimi öz qəhrəmanlıqları hesabına ciddi uğurlar əldə edə bilmişlər. Amma hesab edirəm ki, hələlik Ukraynanın məğlubiyyətindən danışmaq tezdir".

Azər Qasımov deyib ki, Ukrayna Rusiya qarşısında bu günə kimi apardığı müharibə ilə onsuz da qalibidir:

"Rus hərb maşınının bütün imicini yox edib. Hərbi sənayesinin məhsullarının keyfiyyəti barədə mifləri dağıdıb. Təbii ki, bunda Azərbaycan ordusunun rolu da az olmayıb. Qarabağ müharibəsindəki uğurları ilə.
Ukrayna rəhbəri Zelenski hələ heç bir sülhün olmasının mümkünsüzlüyü barədə şərtlərini "Rusiya ordusunun Ukrayna ərazisindən çıxmalıdlr" şərti ilə əlaqələndirib. Görünən odur ki, müharibənin nəticəsini Qərb yox, Ukrayna xalqı müəyyən edəcək. Qərbin geri çəkilməsi isə onun bütün imicinin yox olması, yeni dünya düzənində sözünün əhəmiyyətinin heçə enməsi ilə nəticələnəcək".

[b]Anar Əliyev
Xəbəri paylaş