ABŞ və Kanadada yeni epidemiya yayılmaqdadır.
Newscenter.az trthaber-ə istindən bildirir ki, epidemiya nəticəsində artpıq 8 nəfər dünyasını dəyişib. Salmonella epidemiyası kimi tanınan xəstəliyin xarab olmuş qovundan istifadə zamanı ortaya çıxdığı bildirilir.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) verdiyi açıqlamada, noyabrın ortalarından bəri 38 ştatda 230 nəfərin salmonella epidemiyasına yoluxduğu qeyd edilib. Açıqlamada xəstələrdən 96-nın xəstəxanaya yerləşdirildiyi, 3 nəfərin dünyasını dəyişdiyi bildirilib.
Kanada səhiyyə rəsmiləri isə ölkədə 129 hadisənin qeydə alındığını xəstəxanaya yerləşdirilən 44 nəfərdən 8-nin öldüyünü açıqlayıb.
Anar TAĞIYEV