Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqillik dövründə ilk dəfə prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək

Müstəqillik dövründə ilk dəfə prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək


“Cənab Prezident dediyi kimi nəyi nə zaman edəcəyini çox yaxşı bilir. Dövlət başçısı ciddi zərurət olmasaydı, ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalamazdı”.

Newscenter.az
xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarı yaxın gələcəkdə regionda baş verə biləcək arzuedilməz prosesləri önləmək baxımından mühüm addım ola bilər:

“Necə ki, 2019-cu ilin dekabrında V çağırış Milli Məclisin buraxılması haqqında müraciət və növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul ediləndə heç kimin ağlına gələ bilməzdi ki, seçkidən bir müddət sonra İkinci Qarabağ müharibəsi başlayacaq və Azərbaycan Müzəffər Ordusu və Ali Baş Komandanı ilə torpaqlarını işğaldan azad edəcək. Bunu ancaq İlham Əliyev kimi dərin siyasi biliklərə malik uzaqgörən siyasətçilər, güclü liderlər görə bilərdi. Çox güman ki, növbədənkənar prezident seçkilərinin təyin edilməsi də məhz regionu yaxın gələcəkdə gözləyən hansısa arzuedilməz proseslərlə bağlıdır. Hesab edirəm ki, Cənab Prezident daha yaxşısını bilir”.

Arzuman Muradlı deyib ki, bu baxımdan növbədənkənar prezident seçkilərinin keçirilməsi məntiqlidir, normaldır. İctimia bilrik sədri hesab edir ki, gələn ilin fevralında keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı yenə də davamlı inkişaf, xoşbəxt gələcəyə səs verəcək:

“Bütün bunları Azərbaycan xalqına bəxş edən isə cənab prezident İlham Əliyevdir: “Digər tərəfdən İlham Əliyevə xalqın mütləq əksəriyyətinin səs verməsi bir mənəvi borcdur. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib ərazi bütövlüyümüzü bərpa edən dövlət başçısına olan mənəvi borcumuzu qaytarmalıyıq. Bu isə İlham Əliyevə yenidən etimad göstərməkdən ibarətdir”.

İctimai birlik sədri, "Bu seçkilər xüsusilə yadda qalan olacaq. Belə ki, növbədənkənar prezident seçkiləri müstəqillik dövründən bu yana bütün ölkə ərazisində keçiriləcək ilk seçki olacaq",-deyə bildirib.

Anar Əliyev
Xəbəri paylaş