Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft borusunda partlayış 20 nəfərin həyatına son qoydu

Neft borusunda partlayış 20 nəfərin həyatına son qoydu


Nigeriyanın Rivers əyalətində neft boru kəmərində baş verən partlayışda 20 nəfər həyatını itirib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, partlayışa səbəb bir qrup gəncin borudan neft oğurlamaq cəhdi olub. Neft kəmərinin deşilməsi nəticəsində baş verən partlayışda ətrafda olan onlarla şəxs də yaralanıb. Səlahiyyətlilər hadisə yerinə axtarış-xilasetmə qruplarının göndərildiyini və partlayışla bağlı araşdırmalara başlanıldığını bildirib.

Qeyd edək ki, Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyada zaman zaman neft oğurluğu hadisələri baş verir.

Anar TAĞIYEV
Xəbəri paylaş