"Tesla" şirkətinin fabrikində qəribə hadisə yaşanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, "Tesla" mühəndisi şirkətin Texas ştatının Ostin şəhəri yaxınlığındakı Giga Texas fabrikində nasazlıq zamanı robotun hücumuna məruz qalıb.
Hadisə şahidlərinin sözlərinə görə, Teslanın robotu mühəndisə hücum edib. Təzə tökmə alüminium avtomobil hissələrini tutmaq və daşımaq üçün nəzərdə tutulmuş robotun mühəndisə hücumunu ətrafdakılar da şahidlik edib.
İşçilər təcili söndürmə düyməsini sıxmaqla robotun insana hücumuna son qoyublar.
Mehman Mehdiyev