Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Daha bir piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu



Bu gün saat 20:55 radələrində ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

Newscenter.az ADY-ə istinadən bildirir ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.

ADY bir daha piyadaları

kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə,

məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağa,

yolu keçərkən diqqəti yayındıran vərdişlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyə,

yol hərəkəti qaydalarına ciddi əməl etməyə,

qəflətən qatarın yoluna çıxmamağa çağırır.

R.Mehdiyeva
Xəbəri paylaş