Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları yanvarın 2-də vətəndaşlardan qanunsuz saxlanılan 2 avtomat, 2 ov tüfəngi müsadirə ediblər.
Newscenter.az-ın DİN-ə istinadən verdiyi xəbərə əsasən, silahlar keçirilən əməliyyat tədbirləri nəticəsində götürülüb.
Polis əməkdaşları bundan başqa 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edib.
Həmçinin, ötən gün polis əməkdaşlarına respublikanın ayrı-ayrı rayonlarından 3 ədəd müxtəlif markalı tüfəng təhvil verilib.
Mehman Mehdiyev