Cəlilabadda qidadan zəhərlənən ailə üzvlərinin son durumu məlum olub.
Newscenter.az bildirir ki, "Report"un Muğan bürosunun məlumatına görə, ailə üzvlərindən ikisi ambulator müalicə üçün evə yazılıb.
Bir nəfərin isə müalicəsi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, ailə üzvləri - 1998-ci il təvəllüdlü S.Zeynalova, 1959-cu il təvəllüdlü İ.Zeynalov və 1963-cü il təvəllüdlü X.Zeynalova zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına gətirilib.
İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.