Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçında avtoqəzada yaralanan hərbçilər Xankəndi və Bərdəyə aparılıb

Laçında avtoqəzada yaralanan hərbçilər Xankəndi və Bərdəyə aparılıb


Laçında avtoqəzaya düşərək yaralanan hərbçilər Xankəndi və Bərdəyə aparılıb.

Newscenter.az bildirir ki, "Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, avtomobildə 11 nəfər olub.

Onlardan 2-si həlak olub, 2-si ağır vəziyyətdə Xankəndi xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanlar isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.
Xəbəri paylaş