Polis əməkdaşları ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 1 avtomat, 3 tüfəng aşkar edərək götürüb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanvarın 3-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng və 27 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Həmçinin, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı və 7 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Mehman Mehdiyev