Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Münxendə növbəti Azərbaycan dərsi

Münxendə növbəti Azərbaycan dərsi


"Prezident İlham Əliyevin Münxen Konfransında iştirakı və dünya liderləri ilə görüşləri Azərbaycanın növbəti siyasi uzaqgörənliyini və diplomatik uğurunu da təsdiqləmiş oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. Vaqif Abdullayev bildirib ki, ilk növbədə, qeyd edək ki, Azərbaycan Prezidentinin bu mötəbər tədbirə dəvət alması Onun dünyamiqyaslı yüksək siyasi nüfuzunun göstəricisi, qlobal proseslərin müzakirəsində və qaynar mövzularda təcrübə və səriştəsinə, siyasi istedadına olan dərin etimaddan qaynaqlanır:

"Son dövrlərdə bir sıra Qərb institutlarının, ələxsus da ATƏT, AŞPA, Avropa Şurasının bəzi riyakar simalarının Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe sərgiləməsinə baxmayaraq, Avropanın siyasi elitasının və liderlərinin İlham Əliyevə xüsusi ehtiyacları vardır.

Əvvəla ona görə ki, Azərbaycan Avropa regionunda xüsusi nüfuza malikdir, iqtisadi-siyasi inteqrasiyaların, humanitar tranzitlərin əsas təşəbbüskarı və dəstəkçisidir, Cənubi Qafqazın lideridir, trans-kommunikasiya coğrafiyalarının təminatında söz sahibdir.

İkincisi, Azərbaycan Aİ-nin uzunmüddətli enerji təhlükəsizliyinin qarantörlərindən biridir. Avropanın cızılmış yeni qaz və yaşıl enerji xəritəsində Azərbaycanın strateji yeri və payı vardır.

Üçüncüsü, Azərbaycan Türkiyədən sonra böyük bir coğrafiyanın – Türk geosiyasi məkanının iqtisadi-siyasi mütəşəkkilliyinin və inkişafının əsas müəllidir. Cənab Prezident fevralın 14-də Andiçmə mərasimində bəyan etdi ki, ölkəmiz üçün prioritet istiqamət Türk Dövlətləri Təşkilatıdır. Bu, bəyanat Avropanı dərindən narahat edir və Azərbaycanın Qərb ailəsindən uzaq düşməsini istəmirlər. Çünki Azərbaycan və Türkiyəsiz Avropa İttifaqı cancıxıcı və perspektivi olmayan bir təsisata çevrilə bilər".

Vaqif Abdullayev qeyd edib ki, Azərbaycan regionun siyasi həyatını və ritmini müəyyən edən strateji məkan və sivilizasiya, əməkdaşlıq bölgəsidir və Qərb dövlətləri Azərbaycanla əməkdaşlığa indi daha çox can atır və İlham Əliyevə uzadılan əllərin arxasında da bu narahatlıq dayanır:

"Azərbaycan Prezidentinin ATƏT-in fəaliyyətdə olan sədri İan Borq, İsrail Prezidenti İsxak Hersoq, Almaniya Kansleri Olaf Şolts, ABŞ Prezidentinin xüsusi koordinatoru Amos Hoxşteyn və xüsusi nümayəndəsi Con Kerri, ABŞ-ın Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç, Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqen, ATƏT-in Baş katibi xanım Helqa-Mariya Şmid və digər nüfuzlu şəxslərlə görüşləri Onun regionun söz sahibi olan dövlətinin Lideri kimi müdrik qamətini və siyasi dühasını bir daha təsdiqlədi.

Həmin görüşlər dünya ictimaiyyətinə və Qərbdəki anti-Azərbaycan dairələrə açıq mesaj verdi ki, Azərbaycana təzyiq etmək, zor dilində danışmaq mümkün deyil".

Professorun sözlərinə görə, Münxendə Azərbaycan Liderinin diplomatik jesti və uzaqgörən məharətini sərgiləyən bir epizod Almaniya kansleri Olaf Şolzun iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü oldu ki, bu danışıqlarda rəsmi Bakı prosesə müdaxilə etmək istəyən Fransanı əlinin tərsi ilə geri itələdi:

"Belə ki, Azərbaycanın iştirak etmədiyi Qranada görüşündən sonra Avropada ilk olan bu görüşdə sülh sazişi ilə bağlı təfərrüatlı və müsbət danışıqlar aparıldı və Paris Bakının təzyiqi ilə kənara sıxışdırıdlı və bundan sonrakı sülh danışıqlarında təşəbbüs Almaniyaya ötürüldü.

Ümumilikdə, Münxen konfransı Azərbaycan Prezidentinin bir daha böyüklüyünü, qorxmaz siyasi iradəsinin və cəsarətinin qarşılığında Avropanın Ona ehtiyacının olmasını nümayiş etdirdi.

Cənab İlham Əliyev müdrik və ağıllı, təmkinli, peşəkar siyasi ustalığı ilə geosiyasi ritmi pozulmuş Qərbə gələcək əməkdaşlıq Yolunu göstərdi. Bu, Yolun başlanğıcı və sonu Azərbaycana hörmət və etimaddan keçir".

Anar Əliyev
Xəbəri paylaş