Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həyat və sevinclə bərabər təhsil də Qarabağa qayıdır

Həyat və sevinclə bərabər təhsil də Qarabağa qayıdır


Qarabağ Universitetindəki təyinatlar bir daha təsdiq edir ki, tezliklə Xankəndi regionun aparıcı təhsil mərkəzlərindən birinə çevriləcək.

Newscenter.az xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Xankəndində çalışacaq gənc mütəxəssislərin kifayət qədər potensiallı və innovativ olması da tarixi şəhərimizdə təhsilinin inkişafı üçün yeni imkanlar yaradır:

"Həyat və sevinclə bərabər təhsil də Qarabağa qayıdır. Bu çox qısa zamanda Qarabağda təhsil ənənəsinin bərpa olunacağından və həmin regionumuzda insan kapitalının daha da inkişaf edəcəyindən xəbər verir. Qarabağ Universitetində çalışacaq bütün həmkarlarımızı və dostlarımızı təbrik edir və onlara tarixi işlərində uğurlar arzulayıram".

Süleyman
Xəbəri paylaş