Avrasiya İqtisadi İttifaqı ölkələrində süd istehsalı artıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin bütün ölkələrində artım müşahidə olunub.
Bu ilin birinci yarısında südün ümumi həcmi 24,1 milyon tona çatıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artıb,
Qazaxıstanda süd istehsalı 4,3 faiz artaraq 1 milyon 726,8 min ton təşkil edib. İkinci yerdə 2,7 faiz artımla Qırğızıstan qərarlaşıb.
Natiq Orucov