Yunanıstan sahillərində 4,9 bal gücündə zəlzələ baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, yeraltı təkanların episentri 137 minə yaxın insanın yaşadığı Heraklion şəhərindən 64 km cənubda yerləşib. Təkanlar 15 km dərinlikdə qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ Krit sahillərində olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Anar Əliyev