"Kiyev rejiminin terrorçu mahiyyəti bütün dünyaya getdikcə daha aydın görünür. Rusiyanı döyüş meydanında məğlub edə bilməyən Vladimir Zelenskinin cinayətkar rejimi Afrikada ikinci cəbhə açmaq və qitənin Moskvaya dost dövlətlərində terrorçu qruplarla əməkdaşlıq etmək qərarına gəlib”.
Newscenter.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Rusiya Mali hakimiyyətinin Kiyev rejimi ilə diplomatik münasibətləri pozmağa sövq edən motivlərini anlayıb.
"Kiyevin terrorçularla əməkdaşlığı faktı heç də təəccüblü deyil. Ölkəmizin ərazisində o, terror üsullarından istifadə etməkdə davam edir - təxribat və siyasi qətllər törədir, mülki infrastruktur obyektlərini mütəmadi olaraq bombalayır", - deyə diplomat qeyd edib.
Anar Əliyev