Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son 53 ilin ən isti iyul ayı yaşanıb

Son 53 ilin ən isti iyul ayı yaşanıb


Ötən ay Türkiyədə son 53 ilin ən isti iyul ayı olaraq qeydə alınıb.

Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, ən yüksək temperatur 45,9 dərəcə ilə Şırnakın Cizre rayonunda ölçülüb.

Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum sosial mediada verdiyi açıqlamada iyul ayı temperatur məlumatları ilə bağlı məlumat paylaşıb.

Meteorologiya Ümumi Müdirliyinin məlumatlarına görə, son 53 ilin ən isti iyul ayı olduğunu bildirən qurum, ən yüksək temperaturun 45,9 dərəcə ilə Cizrədə, ən aşağı temperaturun isə 5,2 dərəcə ilə Ərzurumda təsbit edildiyini qeyd edib.

Nərgiz Əzizova
Xəbəri paylaş