Türkiyədə daha 16 qeyri-qanuni miqrant batmaq təhlükəsindən xilas edilib.
Newscenter az trthaber-ə istinadən bildirir ki, hadisə İzmir sahillərində qeydə alınıb. Belə ki, İzmirin Çeşmə rayonu sahillərində yunan ünsürləri tərəfindən yenidən Türkiyə ərazi sularına sıxışdırılan 16 qeyri-qanuni mühacir xilas edilib, 52 qeyri-qanuni immiqrant isə saxlanılıb.
Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, İzmirin Çeşmə rayonu sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni mühacirin olması xəbəri alındıqdan sonra bölgəyə qrup göndərilib.
Komandalar Yunan ünsürləri tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan 16 qeyri-qanuni immiqrantı gəmidən endiriblər.
Ümumilikdə, 16-sı uşaq olmaqla 52 qeyri-qanuni mühacir tutulub.
Qeyri-qanuni immiqrantlar əməliyyatlarının ardından İl Köçmə İdarəsi Müdirliyinə göndərilib.
Anar Əliyev