Türkiyədə sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, hadisə Tokatın Ərbaa rayonunda olub. Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Zərbənin təsirindən xəndəyə aşdıqdan sonra alovlanan avtomobilin sürücüsü və eyni vasitədə olan 3 nəfər xəsarət alıb.
112 Təcili Sağlamlıq qrupları tərəfindən Erbaa Dövlət Xəstəxanasına aparılan avtomobilin sürücüsü və yaralılar arasında 1 nəfəri edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Yeri gəlmişkən, qəza anı avtobusun təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Mehman Mehdiyev