Yaponiyada “Ampil” qasırğasının yaxınlaşması ilə əlaqədar təxirə salınan uçuşların sayı 853-ə çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, ölkənin ən böyük daşıyıcıları JAL və ANA, əsasən Tokionun Haneda və Narita hava limanlarına uçan və ya gələn 650-yə yaxın reysi ləğv edib. Ləğv edilən daha 200 uçuş Jetstar Japan, Peach Aviation və digərləri kimi aşağı büdcəli aviaşirkətlərin payına düşür.
NHK televiziyasının məlumatına görə, Tokionun qonşusu Çiba və Kanaqava prefekturalarının sahilyanı ərazilərindən keçən bir neçə xətt üzrə qatarların hərəkəti də dayandırılıb və ya azaldılıb.
Bundan əlavə, paytaxt bölgəsində yolların bağlanması və Tokio körfəzində bərə reyslərinin ləğv edildiyi bildirilir.
Mehman Mehdiyev