Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BƏƏ, Misir və İndoneziya Aİİ ilə azad ticarət zonaları yaratmağı planlaşdırır

BƏƏ, Misir və İndoneziya Aİİ ilə azad ticarət zonaları yaratmağı planlaşdırır


Daha üç ölkə Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonaları yaratmağı planlaşdırır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunlar BƏƏ, Misir və İndoneziyadır.

Bunu Rusiya Federasiyasının sənaye və ticarət naziri Anton Əlixanov BRİKS ölkələrinin sənaye nazirlərinin görüşündə çıxışında bildirib.

"Bu ölkələrlə bağlanmış müqavilələr yüksək səviyyədədir, belə regionlar bu ölkələrlə ticarətin əhəmiyyətli dərəcədə artmasına kömək edir", - Rusiya Federasiyasının sənaye və ticarət naziri Anton Əlixanov deyib.

Qeyd edək ki, bu gün Aİİ azad ticarət zonasına İran, Vyetnam, Serbiya və Sinqapur daxildir.

Mehman Mehdiyev
Xəbəri paylaş