İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı hər ötən gün artır.
Newscenter.az Fələstin Hökumətinin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, İsrailin 2023-cü il, 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 40 min 139 fələstinli ölüb.
Məlumatda bildirilir ki, həlak olanlardan 16 mindən çoxu uşaq, 10980-i qadındır. Hərbi əməliyyatlar nəticəsində 92743 nəfər isı yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastrukturun da məhv edildiyi bildirilir.
Mehman Mehdiyev